Sizin reklam burada
Sizin reklam burada

Seçkilərdə Adolf Hitler qalib gəldi

Seçkilərdə Adolf Hitler qalib gəldi
Namibiyada Adolf Hitler adlı siyasətçi Oşana regional seçkilərində 85 faiz səs toplamaqla qalib gəlib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Soyadı Unona olan politoloq adının Adolf Hitlerin şərəfinə qoyulduğunu etiraf edib. Lakin atası övladına bu adı qoyarkən əslində “məşhur avstriyalı rəssam”ın xatirəsini əbədiləşdirmək istəyib. Ən maraqlısı isə yeniyetməlik dövrünə qədər siyasətçinin özü də adını normal hesab edib.

Namibiyalı siyasətçi nasist ideoloqiyası ilə əlaqəli olmadığını və dünya hegemonluğuna çalışmadığını vurğulayıb.

Qeyd edək ki, Namibiya vaxtilə Almaniyanın müstəmləkəsi olub. Ölkədə indinin özünə qədər alman adları və toponimləri geniş yayılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ