Sizin reklam burada
Sizin reklam burada

"Biz, Kişinyovu, Kiyevi və digər bölgələri bombalayacağıq"

"Biz, Kişinyovu, Kiyevi və digər bölgələri bombalayacağıq"
Rusiya Moldovanı və Ukraynanı xəbərdar etməlidir ki, Dnestryanıya təcavüz olacağı təqdirdə, Kişinyova və Kiyevə zərbə endirməyə hazırdır. Belə bəyanatla Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski «Rossiya-1» telekanalının efirindən çıxış edib.

«Dnestryanını qorumaq və xəbərdarlıq etmək lazımdır: əgər Dnestryanının heç olmasa bircə əsgəri öldürülərsə, biz, Kişinyovu, Kiyevi və digər bölgələri bombalayacağıq» - Jirinovski bəyan edib.

Heç şübhəsiz ki, barəsində açıq danışmağa cürət etməsə də, «dəli Jirik» digər bölgələr ifadəsini işlədərkən, məhz Qarabağı nəzərdə tutub. Belə ki, bölgədə erməni separatçılarının «ağzının ovulması» ermənipərəst (oxu - faşist!) Jirinovskini bərk məyus (dəyus yox ha!) edib. Onun sözlərinə görə, rus məktəblərinin bağlandığı istənilən bölgə ilə Rusiya dərhal bütün iqtisadi əlaqələri kəsməlidir.

«Gedən dünya müharibəsinin xaos və təhdidlərini Rusiyanın xeyirinə döndərmək lazımdır. Və əvvəlcə başlamaq və qələbə ilə sona çatdırmaq lazımdır. Bizə ikinci 1945-ci il 9 mayı lazımdır» - Jirinovski fikrini tamamlayıb.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın «Avropa həqiqəti» nəşrinə verdiyi müsahibədə Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu bildirib ki, Kişinyovun Dnestryanıya yönəlik «həddindən artıq yumşaq yanaşmasından təəssüf hissi keçirir» və bu təcrübənin Donbasda nəzərə alınmasını tövsiyə edir. O, öz tərəfindən Dnestryanı ilə həmsərhəd olan Ukraynanın bölgəyə təzyiqlərinin gücləndirilməsi istqamətində Kiyevdən dəstək alacağını planlayır. Bununla paralel olaraq, Maya Sandu ölkəsindən rusiyalı sülhməramlılarının çıxarılmasına nail olmağa çalışır. Siyasi analitiklərin fikrincə, onun bu niyyəti silahlı münaqişənin yeni mərhələsini doğura bilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ