"Ən vacib vəzifəmiz planetimizi və onun əhalisini xilas etməkdir

"Ən vacib vəzifəmiz planetimizi və onun əhalisini xilas etməkdir
BMT bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə ABŞ-dən və bütün dünyadan olan maraqlı tərəflərlə əməkdaşlıq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, ABŞ-ın Paris İqlim Müqaviləsindən rəsmən çıxması barədə məlumat İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası katibliyinin və Böyük Britaniya, İtaliya, Fransa və Çilinin verdiyi birgə bəyanatda öz əksini tapıb. Qeyd edək ki, dünən qüvvəyə minmiş razılaşmadan çıxmaq barədə ABŞ hələ bir il əvvəl bəyan etmişdi.

“Bizim ən vacib vəzifəmiz planetimizi və onun əhalisini iqlim dəyişikliyi təhlükəsindən xilas etməkdir. Hazırki dəqiq elmi sübutlar baxımından biz İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərini aktivləşdirməli və qlobal istiləşmənin nəticələrinin yumşaldılması məqsədilə əməkdaşlığı genişləndirməliyik”, - deyə sənədin müəllifləri bəyan edib.

Bəyanatda həmçinin təsərrüfat və “yaşıllaşdırma” işlərinin ekoloji cəhətdən təmiz metodlarla aparılmasının vacibliyi vurğulanıb. Bu səylər, müəlliflərin qeyd etdiyi kimi, iqlim dəyişikliyinə daha çox məruz qalan ölkələrin və əhalinin müxtəlif qruplarının dəstəyini özündə birləşdirməlidir. Bu baxımdan Paris sazişi həmin məqsədlərə çatmaq üçün zəruri olan şərtləri müəyyənləşdirir.

Sazişin vacib bəndlərindən biri sənayeləşməyə qədərki dövrlə müqayisədə qlobal orta temperaturun artma tempini 2 dərəcə Selsidən aşağı olan səviyyədə saxlamaq və onun 1,5 dərəcədən yuxarı qalxmasına imkan verməməkdir.

Beynəlxalq ictimaiyyət 12 dekabr 2020-ci il tarixində Paris Sazişinin beşinci ildönümünü qeyd edəcək. Bəyanatın müəllifləri ABŞ-ın razılaşmadan çıxmasından təəssüfləndiyini vurğulayır və ümidvar olduğunu bildirir ki, bu ölkədən olan bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlıq davam edəcək.

Paris razılaşması BMT-nin İqlim üzrə Konvensiyasının 55 tərəfdaşı tərəfindən onun ratifikasiyası, qəbul edilməsi və bəyənilməsi barədə sənədlərin təqdim edildiyi vaxtdan otuz gün sonra, 2016-cı ilin 4 noyabrında qüvvəyə minib. Qeyd edək ki, qlobal miqyasda istixana qazı tullantılarının ən azı 55 faizi BMT-nin İqlim üzrə Konvensiyasının sözügedən 55 tərəfdaşının payına düşür.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”