Prezidentin kimliyinin dünya və bölgə siyasətinə təsirləri olacaq

Prezidentin kimliyinin dünya və bölgə siyasətinə təsirləri olacaq
Xəbər verdiyimiz kimi, 2020-ci il noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərin nəticələri Amerikanın 46-cı prezidentini bəlli edəcək. Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatılıb.

Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden. Belə bir ərəfədə siyasi analitiklər “Azərbaycan üçün hansı namizədin qalib gəlməsi sərfəli olacaq”, - sualları üzərində təhlillər aparır.

Hafta.az ekspert Natiq Cəfərli ilə müsahibədə məlum sula aydınlıq gətirib.

- Natiq bəy, ABŞ –ın 46-cı prezident seçkilərini necə təhlil edərdiniz. Bu seçki bölgəyə hansı sərini göstərə bilər və bizim üçün hansı namizəd sərfəlidir: Donald Tramp, yoxsa Co Bayden?

-ABŞ prezidentinin kim olacağı tam rəsmiləşməsə də, dünya siyasətinə, bölgə siyasətinə müəyyən təsirləri olacaq. Tramp dönəminə baxdıqda Azərbaycan və Amerikanın münasibətləri kifayət qədər rəvan inkişaf edirdi. Biz Obama dövründən qalmış müəyyən problemlərin də həll olunduğunu gördük. Münasibətlər kifayət qədər normal və stabil idi və biz Azərbaycanın Amerikanın enerji layihələrinə dəstəyini gördük. Dümoktarların dövründə isə, istər Obama dövrü olsun, istər ondan əvvəlki prezidentlər olsun orda da böyük enerji layihələrində və təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqda hər hansı bir problem olmayıb. Sadəcə olaraq, son zamanlar əks-hücum və torpaqlarımızın işğaldan təmizləmə əməliyyatını nəzərə alaraq bəyanatlara çox həssaslıqla yanaşırıq. Son seçkilərdən öncə Co Baydenin Ermənistanla, erməni diasporu ilə bağlı müxtəlif açıqlamaları olmuşdu. Bəzi analitiklər bu bəyanatları kifayət qədər ciddi qəbul elədilər. Əslində bu, demokratların daha güclü olduğu Sahil ştatlarında, Koliforniyada olan seçicilərə, seçkilərə yönəlik bir açıqlamalar idi. Buna böyük bir siyasi baxışın tərkib hissəsi və gələcək siyasətin tərkib hissəsi kimi baxmaq, o qədər də qoğru olmazdı. Böyük ehtimal budur ki, Co Bayden seçilərsə Azərbaycanla münasibətində stabil inkişafın, hətta əlaqələrin daha da genişləndirilməsi ola bilər. Çünki Co Bayden Admnistrasiyası xarici siyasətdə daha aktiv olmağı düşünür. Tramp daha çox güclü Amerika və daxili siyasəti qoruma siyasətini həyata keçirirdi, amma demokratların vizyonu başqadır. Yəni ABŞ Co Baydenlə dünyada daha aktiv fəaliyyətlə məşğul olmağa başlayacaq. Və Azərbaycanın önəmini, coğrafi üstünlüklərini, enerji layihələrindəki payını nəzərə alsaq, düşünmürəm ki, Co Baydenin seçilməsi ABŞ-Azərbaycan münasibətlərinə böyük problemlərə səbəbə olacaq. İstənilən halda Tramp da qalsa, Bayden də seçilsə, yanvar ayının 21-ə qədər hansısa bir kəskin qərarların alınması mümkün deyil. Çünki yalnız andiçmə mərasimindən sonra hr hansı bir qərarlar alınır. O zamana qədər Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, sərhədlərinin qorunması ilə bağlı problemlərini həll etsə, Baydan hökuməti də Azərbaycan hökumətinin yaratdığı bu yeni reallıqla hesablaşaraq proseslərin davamlı və stabil getməsinə çalışacaq. Bizim bir üstünlüyümüz də var, hərbi əməliyyatlar, əks-hücum əməliyyatları zamanı Azərbaycan –İran sərhəddi tamamən təmizləndi. Bu, Qərb ölkələrinin, o cümlədən Amerikanın da maraqlarına uyğundur. Orda uzun illərdir ki, heç kimin nəzarətində olmayan 130 kilometrlik bir qara dəlik formalaşmışdı və ora narkotrafikdən tutmuş, silah alverinə qədər nəzarətsiz zona idi. Bu da qərb ölkələrinin hesabatlarında yer alırdı. Biz yaxşı mənada bunun uğurlu hekayəsini qurub, Ameriaka ilə danışıqlarda bu üstünlükdən istifadə edə bilərik. Mənə belə gəlir ki, Azərbaycanın əks-hücum əməliyyatlarından biri cənub sərhədlərinin tamamilə bizim nəzarətimiz altına keçməsidir. Amerika siyasətini izləyənlər, təhlil edənlər bilirlər ki, Amerika, Respublikaçılar da olsa, Demokratlar da olsa real siyasət yürütməyə, real güclə hesablaşmağa öyrənib. Ona görə də Azərbaycan nə qədər daxildə və xarici siyasətində güclü olsa, öz torpaqlarının azadlığını yaxın günlərdə başa çatdırsa, bir o qədər də Amerika admnistarasiyası ilə münasibərlərin daha dərindən və çoxşaxəli inkişafına nail olacaq.

-Bəzi təhlilçilər Azərbaycanla və Türkiyəyə münasibətdə Trampı daha uğurlu hesab edirlər. Eləcə də Baydenin seçiləcəyi təqdirdə Türkiyəyə qarşı destruktiv yanaşacağını, Azərbaycana münaqişədə əks mövqedə dayanacağını iddia edirlər. Sizin fikriniz nədir?

-Co Bayden hakimiyyətə gələcəyi təqdirdə, Türkiyənin hədəfə çevriləcəyi haqda çox danışılır. Mən buna inanmıram. Çünki Co Bayden hakimiyyətinin əsas hədəfi yenə Rusiya olacaq. Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinin şahidi olacağıq. Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Amerika Türkiyə kimi NATO ölkəsi olan bir müttəfiqini itirmək və yaxud da ona qarşı hr hansı addım atmaq istəməz. Rusiya ilə bağlı hansısa planlar işə düşəcəksə, burda Türkiyənin önəmi yüksək səviyyədə qalxacaq. Türkiyənin rolunun artması təbii olaraq bizim müttəfiqliyimizi nəzərə alsaq Azərbaycanın da rolunun və nüfuzunun artmasına səbəb olacaq. Ya da əksinə, Azərbaycanın rolunun və nüfuzunun artması Türkiyə ilə münasibətlərə də praktik təsir göstərəcək. Ona görə də hər şey ağ -qaradan ibarət deyil. siyasətdə, ümumiyətlə heç vaxt ağ -qara olmayıb. Müxtəlif çalarlar, rənglər və nüansalar var və mən ümid edirəm ki, Co Bayden seçilsə də, bir çox insanların, analitiklərin gözlədiyi katastrofik heç nə baş verməyəcək. Əksinə, mən düşünürəm ki, həm Azərbaycanın, həm Türkiyənin əlində kifayət qədər imkanlar var ki, Bayden admnistrasiyası ilə çox effektiv dayanıqlı münasibətlər qursunlar. Yəni dünya yaranışından real güclə hesablaşıb.

-30 il Azərbaycan torpaqalarının işğalda qalmasını və beynəlxalq təşkilatların sərgilədiyi mövqelər fonunda, ABŞ seçkilərindən hansısa üstün yanaşma gözləməyimiz nə dərəcədə məntiqli yanaşmadır və son 40 gün bizə nəyi sübut etdi?

-Burda məsələyə bir neçə istiqamətdən baxmaq lazımdır. Azərbaycan son 40 gündə, sentyabrın 27-dən bəri tək əks-hücum əməliyyatında uğur qazanmadı. Həm xarici siyasətində, həm də media siyasətində uğurlu addımlar atdı. Biz 30 ildir öz siyasətimizi özümüzə öz televiziyalarımız vasitəsi ilə deyirdik. Elə bilirdik ki, bu bəs edər, dünya həqiqətləri bilməyə borcudur. Amma aydın məsələdir ki, bunu dünyaya deməsən bilməyəcək. Son 40 gündə həm prezidentin ardıcıl uğurlu müsahibələri, Prezident Admnistrasiyası işçilərinin, eləcə də Hikmət Hacıyevin müsahibələri, dövlət məmurlarının müsahibələri, müxalif qüvvələrin xarici medialarla çox sıx işləməyi müəyyən mənada da bu sahədə də bir dalğanın yaranmasına səbəb oldu. Çünki artıq dünyanın nüfuzlu media qruplarında da ermənilərin əzildiyini hiss etmək olur. Azərbaycan tərəfi önə çıxır. Bu onu deməyə əsas verir ki, biz 30 ildir, bu sahədə daha çox iş görməliydik. Son zamanlar çox ciddi uğurlar olub və bunun nəticəsi olaraq Amerika ilə, Qərbllə də münasibətlərin daha yaxşı olacağına ümid etmək olar.

-Natiq bəy, Trampın milyonlarını, Baydenin isə erməni lobbisi kimi dəstəkçilərinin olmasını önə çəkən təhlilçilər var ki, namizədlərin qalib gəlmə şanslarını bu səbəblərlə izah edirlər. ABŞ-ın seçki siyasətində bu arqumentlər nə dərəcədə keçərlidir?

-Amerika qanunla tənzimlənən bir ölkədir. Hətta orda lobbi fəaliyyəti də qanunla tənzimlənir. Trampın milyarder olub -olmamasının məsələyə heç bir təsiri yoxdur. Çünki hər bir partiyann, hər bir namizədin özünün təbliğat fomndu olur və o fonda əlavə vəsaitlər köçürülür. Tramp öz fondunu heç özü maliyyələşdirmir. Digər tərəfdaşları, böyük biznes korparasiyaları da vəsait verirlər. O cümlədən də Baydenin təbliğatına ən çox texnoloji şirkətlə maliyyə dəstəyi göstərirdilər. Burda da qeyri-qanuni heç nə yoxdur. Erməni lobbiçiliyi məsələsi ilə bağlı təbii ki, bu problem var. Erməni lobbisinin uzun illərdir formalaşmış bir qurumları, Avropada müəyyən təsir mexanizmləlri də var. Amma onlar bu günə qədər həm də ona görə güclü görünürdülər ki, biz zəif siyasət aparırdıq. Biz həqiqətləri ingilis dilində və ingilisin başa düşdüyü formada danışmalıydıq. Biz 40 gündür bu ritorika ilə danışırıqsa, görün nə qədər media üstünlüyü qazanmışıq. Bunu 30 il etsəydik, daha böyük üstünlük qazanardıq. Erməni lobbisinin gücü var, bunu kiçiltməyə ehtiyac yoxdur, amma bununla mübarizə aparacaq qədər də xarici siyasətdə müəyyən effektiv fəaliyyət göstərə bilərik. Nə Amerikada, nə Fransa da, nə Almaniyada seçkinin nəticəsini heç bir erməni lobbisi həll etmir. Bu heç vaxt belə olmayıb. Bizdə şişirdilmiş təsəvvürlər də var idi. Bəzi media təsirləri var, bəzi lobbiçilik fəaliyyəti var, amma həlledici güc heç vaxt olmayıblar və bundan sonra da olası deyillər. say etibarilə, seçici etibarilə Amerikada 300-400 min seçici var, Fransada bir yarım milyona yaxındır. Fransa da 60 milyon seçicinin yanında 500 min çox azdır. İndi bizim həm ordumuzun uğurlarını, həm diplomatiyamızın uğuralarını dünyaya dünyanın anladığı dildə ardıcıl şəkildə çatdırılma zamanıdır. Biz öz lobbimizi qurub daha uğurlu fəaliyyət həyata keçirəcəyik. Çünki beynəlxalq hüquq da bizim tərəfdədir. Sonda ABŞ seçkilərində hansı namizədin sərfəli olması ilə bağlı bir daha demək istəyirəm ki, bizə Azərbaycan maraqlarının indiki reallığının yaxşı təqdimatı sərfəli olacaq. Nə qədər ki, Azərbaycan öz maraqlarının hekayətini doğru-düzgün qurub təqdim edəcək, həm Bayden, həm də Tramp hakimiyyəti ilə ciddi işlləmək üçün imkanlar var. ABŞ da kimin seçilməyinin bizim üçün elə bir fərqi yoxdur.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”