Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan əraziləri quldur rejimin rəhbərliyi tərəfindən qanunsuz silah, narkotik və insan alverinin məskəninə çevrilib

Azərbaycan əraziləri quldur rejimin rəhbərliyi tərəfindən qanunsuz silah, narkotik və insan alverinin məskəninə çevrilib
Ermənistan Milli Təhlükəsizlik Xidməti son günlər Dağlıq Qarabağdan qanunsuz silah daşınması halları aşkarlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, Ermənistana sözügedən daşınmalara kriminal dairələrin üzvləri və hərbi əməliyyatlarda iştirak edən şəxslər cəlb olunub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqladığı fakt bir daha onu göstərir ki, 30 ilə yaxın işğalda saxlanılan Azərbaycan əraziləri quldur separatçı rejimin rəhbərliyi tərəfindən qanunsuz silah, narkotik və insan alverinin məskəninə çevrilib. Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar fonunda təşvişə düşən regiondakı kriminal dairələr artıq silahlarını Dağlıq Qarabağdan Ermənistanın ərazisinə qaçırmağa cəhd göstərir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ