Sizin reklam burada
Sizin reklam burada

"Mənim üçün əhəmiyyətlidir ki, etbar etdiyimiz insanları seçək”

"Mənim üçün əhəmiyyətlidir ki, etbar etdiyimiz insanları seçək”
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə yerli orqanlara keçirilən seçkilərdə səs verib.

Bu barədə xarici mətbuat xəbər verir.

"Hər bir ukraynalı kimi mənim üçün də əhəmiyyətlidir ki, etbar etdiyimiz insanları seçək”, - Zelenski seçki məntəqəsindən çıxarkən deyib.

Xatırladaq ki, Zelenski yerli seçkilər günü rüşvətxor məmurlara ömürlük cəza, Donbasda azad iqtisadi zonanın yaradılması, Radada deputat sayının 300-ə endirilməsi, tibbi sirrin leqallaşdırılması və Budapeşt Memorandumunun müəyyən etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlı seçki məntəqələri xaricində ümumukrayna səsverməsinin keçirilməsini təklif edib.


Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-də (Bakı vaxtı ilə saat 10:00) açılıb. Səsvermə saat 20:00-ə qədər davam edəcək (Bakı vaxtı ilə saat 22:00).

Yerli hakimiyyət orqanları beşillik müddətə seçiləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş