"Bu, çox təhlükəlidir” - Prezident

"Bu, çox təhlükəlidir” - Prezident
ABŞ Minsk Qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır.

Bu fikirləri Prezident İlham Əliyev “Foks Nyus” telekanalına müsahibəsində söyləyib.

“Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Mən dövlət katibi Pompeodan nə gözləyə bilərəm – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verməlidirlər. Onlar ermənilərlə azərbaycanlılar arasında Dağlıq Qarabağ ərazisində sülh şəraitində birgəyaşayışa razılıq verməlidirlər və münaqişəni beynəlmiləlləşdirmək cəhdlərinə son qoymalıdırlar. Onlar Rusiyadan birbaşa hərbi iştirakı xahiş etməyə son qoymalıdırlar. Bu, səmərəsizdir. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir”, - Prezident bildirib.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”