“Silahlı Qüvvələrin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır”

“Silahlı Qüvvələrin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır”
“Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağda istifadəsi planlaşdırılmır, belə bir mövqe Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb. Münaqişənin həllində müsbət nəticə əldə etmək üçün hazırda görülən tədbirlər kifayətdir”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov deyib.

Krasov həmçinin xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bu münaqişənin həlli, hərbi əməliyyatların dayandırılması və vəziyyətin dinc danışıqlar prosesinə köçürülməsi üçün bütün lazımi tədbirləri görür.

“Bütün bu tədbirlər müsbət nəticə əldə etmək üçün kifayətdir”, - parlamentari bildirib.

Andrey Krasov qeyd edib ki, hazırda Rusiya rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti tənzimləmək üçün hərtərəfli tədbirlər görür.

“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi müzakirə olunan danışıqları baş tutub. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı tənzimlənməsi üçün şərtlərin formalaşdırılması ilə əlaqədar təcili məsələlər müzakirə edilib. Bununla əlaqədar deputat Konstantin Zatulinin Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətə desant əməliyyatı şəklində mümkün reaksiya variantları barədə şərhi real vəziyyətə uyğun gəlmir”, - deyə A.Krasov qeyd edib.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”