Sizin reklam burada
Sizin reklam burada

"Hər gün yoluxanların sayı artır"

"Hər gün yoluxanların sayı artır"
Hazırda Ermənistan xəstəxanalarında 2 minə yaxın koronavirusa yoluxmuş xəstə müalicə olunur. Xəstəxanaya yerləşdirilməli, lakin boş yer olmadığından gözləməli olan bir çox xəstə var.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin nümayəndəsi Lusine Paronyan bildirib.

Onun sözlərinə görə, səhiyyə sisteminin resursları durmadan genişlənsə də, yoluxmuş insanların sayının artması sistemin dağılmasına səbəb ola bilər və xəstəxanalarda ağır xəstələri qəbul edəcək yer olmayacaq.

"Hər gün yoluxanların sayı artır və bu, səhiyyə sistemi üçün ciddi bir problemdir. Sayın artmasına səbəb müharibədir. Hər kəsin diqqəti cəbhəyə yönəlib və koronavirus arxa plana keçib"

Conflct.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ