Sizin reklam burada
Sizin reklam burada

Təbriz həbsxanasında aclıq aksiyası başladı

Təbriz həbsxanasında aclıq aksiyası başladı
Güney azərbaycanlı milli fəallar - Rəsul Rəzəvi, Əkbər Mühaciri və Hüseyn Məhəmmədiyan qanunsuz həbslərinə etiraz olaraq, Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar.

Fəallar oktyabrın 17-də İranın Ermənistana göstərdiyi hərbi və logistik yardıma qarşı Güney Azərbaycanda keçirilən etiraz aksiyasından bir gün öncə İranın təhlükəsizlik orqanları tərəfindən həbs ediliblər.

Saxlandıqdan sonra onlardan İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) təcridxanasında fərdi qaydada ifadələri alınıb.
Əlavə edək ki, Güney Azərbaycanın Təbriz, Ərdəbil və digər şəhərlərində keçirilən aksiyalarda yüzə yaxın azərbaycanlı fəal saxlanılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ