Milyarderlər inanılmaz dərəcədə varlanırlar

Milyarderlər inanılmaz dərəcədə varlanırlar
Çində 2019-cu illə müqayisədə Honqkonq və Makao xaricində ümumilikdə milyarderlərin sayı 257 nəfər artıb. Hazırda bu ölkədə 878 milyarder var.

“Le Figaro” xəbər verir ki, bu il Çindəki 500 ən varlı iş adamının sərvəti əvvəlki beş ilə nisbətən daha da artıb.

Ölkənin koronavirusa qarşı sərt karantin tədbirləri rəqamsal nəhənglər üçün xüsusilə gəlirli olub, çünki milyonlarla çinli evlərində təcrid ediliblər.

Elektron ticarətin öndə gedənlərindən olan “Alibaba”nın qurucusu Cek Ma 58,8 milyard dollarla ölkədə ən böyük sərvətin sahibidir. Onu 57,4 milyard dollarla məşhur rəqəmsal nəhəng “WeChat” tətbiqetməsini yaradan Tencent Poni Ma müşayiət edir.

Üçüncü yerdə sərvətinin 53,7 milyard dollar olduğu təxmin edilən, “Nongfu Spring” şirkətinin rəhbəri Çjun Şanşan dayanır.

Xatırladaq ki, Çin iqtisadiyyatı dünyada koronavirus böhranı fonunda bərpa olunmağa davam edən yeganə ölkədir.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”