Sizin reklam burada
Sizin reklam burada

"Bu siyasət davam edəcək"

"Bu siyasət davam edəcək"
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Bunu Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib. Onun sözlərinə görə, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar işğal altındakı torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

Ukraynalı deputat bildirib ki, haqq-ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdır.

O, həmçinin Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu siyasəti davam etdirəcəyini vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ