"Ordumuzun hərəkət edən texnikasını, nömrələrini paylaşmayın"

"Ordumuzun hərəkət edən texnikasını, nömrələrini paylaşmayın"
Bu gün Ordumuza ediləcək ən yaxşı kömək cəbhədə baş verən hadisələr, Odumuzun döyüş istiqaməti, mövqeləri haqda paylaşım etməməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov son günlər bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışması haqda danışarkən deyib.

Onun sözlərinə görə, hər bir halda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad olunmalıdır:

“Gün ərzində bir neçə dəfə videomateriallar, cəbhədə əldə etdiyimiz uğurlar, məhv edilən düşmən mövqeləri haqda rəsmi məlumatlar paylaşılır. Ölkə rəhbərliyi vətəndaşlardan nəyisə gizlətməkdə maraqlı deyil. Şanlı Ordumuz bu gün ard-arda tarixi qələbələr qazanır və Müdafiə Nazirliyi də bunu vətəndaşlara təqdim edir.

Bu gün tamamilə başqa bir vəziyyətdir. Hazırda aktiv müharibə gedir. Müharibədə hər hansı bir məlumat düşmən tərəfindən diqqətlə izlənilir. Baxın, açıq deyəcəm, bu, təkcə düşmən üçün yox, bizim üçün də belədir. Bizim xüsusi mərkəzlərimiz də bu gün düşmənin ən kiçik məlumatını izləyir, istifadə edir. Media, sosial şəbəkə yaxından izlənilir. İnsanlar unutmamalıdır ki, bu gün müharibə cəbhə ilə yanaşı, sosial şəbəkələrdə də gedir. Əgər biz bu gün ön xətdə irəliləyib qələbə qazanırıqsa, bu qələbədə vətəndaşların sosial şəbəkədə daha ehtiyatlı olub, məxfi sirləri paylaşmayıb, rəsmi məlumatlara etibar etməsinin payı az deyil.

Bir daha demək istəyirəm ki, vətəndaşlar əsassız və boş məlumatlara inanmasın, yalnız rəsmi məlumatlara etibar etsin. Regionlarda Şanlı Ordumuzun hərəkət edən texnikasını, nömrələrini paylaşmasınlar. Bu gün Ordumuza bu yolla düşündüyümüzdən də çox dəstək verə bilərik”.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”