Virusun yeni təhlükəli əlaməti aşkarlandı

Virusun yeni təhlükəli əlaməti aşkarlandı
London Universiteti Kolleci və Kral Milli Komitəsinin alimləri koronavirusun yeni simptomunu aşkarlayıblar.

Bu barədə "Express" nəşri xəbər verir. Alimlərin məlumatına görə, COVID-19-a yoluxma pasiyentlərin eşitmə qabiliyyətində dəyişikliklər yarada bilər.

Mütəxəssislər müəyyənləşdiriblər ki, koronavirusun aşkarlandığı pasiyentlərin bir hissəsi tinnitusdan - qulaqlarda zəng səsindən və ya səs-küydən şikayət edirlər.

Həmçinin COVID-19-u ağır formada keçirmiş xəstələrdə bu simptom eşitmə qabiliyyətinin tamamilə itkisi ilə müşahidə edilib.

Tədqiqatçıların sözlərinə görə, hazırkı vaxtda koronavirusa və onunla bağlı simptomlara həsr edilmiş xeyli araşdırma işlərinin olmasına baxmayaraq, bu virusun insanın eşitmə qabiliyyətini pozması haqda hələlik çox az məlumatlar var. Bununla əlaqədar olaraq həkimləri infeksiyanın belə təzahürlərinə daha çox diqqət etməyə çağırıblar.

Conflict.az

Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir

Prezident generalı bağışladı

Zaur Məmmədov - Fransa Senatının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı

Düşmən Kəlbəcər şəhərini viran qoydu

Ermənilər bu dəfə Laçını yandırmağa başladı

Xalq artisti Ağdam məscidində azan səsləndirdi

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama

"Orqanizmin xüsusiyyətlərinə uyğun olaraq insanlar xəstəliyi ağır keçirə bilərlər”