Sizin reklam burada
Sizin reklam burada

İran embarqonun ləğvindən sonra silah ix racını artıracaq

İran embarqonun ləğvindən sonra silah ix racını artıracaq
İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib ki, silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır.

Bu barədə o, IRINN telekanalının efirində deyib.

Onun sözlərinə görə, 2019-cu ildən İrana silah ixracı və idxalı ilə bağlı bir çox ölkələr müraciət edib.

"Biz həmçinin öz növbəmizdə bir sıra yaxın dövlətlərlə danışıqlar apardıq. Sözsüz, daha çox silah satacağıq, nəinki alacağıq", - Hatəmi deyib.

Daha əvvəl İranın Xarici İşlər Nazirliyində bildiriblər ki, Tehran barəsində silah embarqosu qüvvədən düşüb. İran indi silah satmaq və almaq hüququna malikdir.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və Tehranın atom sferasında öhdəlikləri ilə bağlı bu ölkəyə qarşı sanksiyaları ləğv edən Birgə Hərtərəfli İş Planını razılaşdırıblar. Həmin il BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamə qəbul edib. Qətnaməyə əsasən 2020-ci il 18 oktyabrdan bu ölkəyə qarşı silah embarqosunun sona çatdığı elan edilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ