"Prezident xalqa şad xəbər verəcək"

Gündəm / Siyasət / Cəmiyyət

78

"Prezident xalqa şad xəbər verəcək"
“Son günlər ordu sahəsində aparılan quruculuq işləri, ölkə iqtisadiyyatımızın güclənməsi və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz diplomatik uğurlardan çıxış edərək deyə bilərik ki, başlanan müharibə Azərbaycanın qələbəsi ilə başa çatacaq”.

Bunu KONKRET.az-a açıqlamasında ADP-nin sədri Sərdar Cəlaloğlu bildirib.

O, qeyd edib ki, işğal olunmuş bütün ərazilərimizi qısa müddətdə azad etməyə potensialımız var:

“Ordumuzun insan resursları və müasir hərbi texnika təminatı yüksək səviyyədə olmaqla yanaşı həm də beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu gün Ermənistan və onun havadarlarının Dağlıq Qarabağda atdıqları hərbi və siyasi addımlar beynəlxalq hüquqa ziddir. Lakin bizim ordumuzun apardığı əks-hücum əməliyyatları 30 ildə tapdalanan beynəlxalq hüququn bərpası və tələblərinin yerinə yetirilməsidir. Tezliklə gözləyirəm ki, Kəlbəcər, Şuşa və Laçın və digər rayonlarımız işğaldan azad olunacaq və bununla bağlı cənab Prezident xalqa şad xəbər verəcək. Çünki Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ermənilərin hərbi maşını sıradan çıxarılıb. Çoxlu sayda canlı qüvvə itiriblər. Belə olan halda bizə neçə gün müqavimət göstərə biləcəklər? Ermənilərin müqaviməti artıq qırılıb. Tezliklə az itki ilə Azərbaycan Ordusu bütün torpaqlarımızı işğaldan azad edəcək”.

Conflct.az