"Humanizm anlayışına yad olanlar hətta vəfat edənləri dəfn etməyə belə imkan vermir"

Gündəm / Siyasət / Dünya

64

"Humanizm anlayışına yad olanlar hətta vəfat edənləri dəfn etməyə belə imkan vermir"
Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış rayonlarının atəşə tutulmasını qətiyyətlə pisləyir.

Türkiyə mətbuatı bildirir ki, bu barədə Türkiyə XİN-in Ermənistan silahlı qüvvələrinin növbəti artilleriya atəşindən sonra Azərbaycanın dinc sakinləri arasında qurbanların olması ilə bağlı bəyanatında deyilir.

Nazirlikdə cümə axşamı Azərbaycanın Tərtər rayonunun qəbiristanlıqlarının birində dəfn iştirakçılarının atəşə tutulması, dörd dinc sakinin həlak olması faktına diqqət çəkilib.

“Ermənistan humanitar barışıq haqqında oktyabrın 10-da qəbul olunmuş razılaşmanı kobud şəkildə pozur. Humanizm anlayışına yad olanlar Azərbaycanda olan qardaşlarımıza hətta vəfat edənləri dəfn etməyə belə imkan vermir. Son atəş hüquq normaları və ümumbəşəri dəyərlərlə hesablaşmayan Ermənistanın əsl simasını yenidən ifşa etdi”, - bəyanatda deyilir.

Sənəddə deyilir ki, Türkiyə Azərbaycanın qəhrəman xalqını bundan sonra da tam dəstəkləməkdə qərarlıdır.

Conflict.az