Sizin reklam burada
Sizin reklam burada

Kişilər və qadınlar bərabər maaş alacaqlar

Kişilər və qadınlar bərabər maaş alacaqlar
İspaniya hökuməti əmək haqqında gender bərabərsizliyini qadağan edən fərmanı bəyənib.

"Reuters" xəbər verir ki, bu barədə Əmək naziri İolanda Dias çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

"Bü gündən daha kişi və qadın müxtəlif əmək haqqı ala bilməzlər", - o, Nazirlər Kabinetinin həftəlik iclasından sonra deyib.

Dias əlavə edib ki, şirkətlər artıq cinslər üzrə əmək haqqı qeydlərini aparmalı olacaqlar. Bu qeydlər açıq olmalıdır.

Hələ 2018-ci ildə İspaniya parlamentinin (Baş Korteslər) "Unidos-Podemos" koalisiyasından olan deputatları kişilərin və qadınların maaşlarında ayrıseçkiliyə son qoyan qanun layihəsi hazırlayıblar. Həmin vaxt layihəni praktik olaraq bütün siyasi qüvvələr dəstəkləyib.


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ