Benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək

Gündəm / Cəmiyyət / Dünya

151

Benzinlə işləyən avtomobillərin satışı qadağan ediləcək
ABŞ-ın Kaliforniya ştatında 2035-ci ildən etibarən benzinlə işləyən yeni minik avtomobillərinin satışı qadağan ediləcək.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Dövlət orqanları məhz bu vasitə ilə atmosferə atılan zərərli tullantılarla mübarizə aparmaq niyyətindədirlər.

2045-ci ilə qədər isə qadağa yük maşınlarına da şamil ediləcək.

Bununla belə, Kaliforniya sakinlərinin daxili yanma mühərriki ilə işləyən avtomobilləri almasına və satmasına qadağa qoyulmayacaq.

Conflict.az