"Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik"

Gündəm / Cəmiyyət

146

"Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik"
Karantinin sərtləşəcəyinə inanmıram. Bunu TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində bildirib.

“Gələcəkdə karantin şərtlərinin sərtləşəcəyinə inanmıram. Birincisi, epidemioloji vəziyyət tam nəzarət altındadır. İkincisi, daimi olaraq dövlət qurumları, səhiyyə qurumları bu barədə qabaqlayıcı tədbirlər görür. Belə davam etsə, insanlarımız qorunma tədbirlərinə əməl etsə, mən heç də inanmıram ki, gələcəkdə hər hansı bir sərtləşdirici karantin tədbirləri olsun. Amma ola bilər ki, yoluxmaların sayında artım olsun. Bu da bizim özümüzdən asılıdır. Yoluxmanın artması o deməkdir ki, hansısa şərtləri gözləmirik.

Biz artıq bir neçə ay bundan qabaq pik vəziyyətini keçmişik. O pik vəziyyətindən sonra əhalinin müəyyən qrupu xəstələndi, xəstələndikdən sonra sağaldılar. Bundan sonra immunitet yarandı. İmmunitet yaranmış şəxslər də artıq epidemiyanın yayılmasına çox böyük maneçilik törədirlər”, - A.Qurbanov qeyd edib.

Conflict.az