Məcburi köçkünlər: Bizim üçün tikilən evləri satırlar-İDDİA / VİDEO

Gündəm / Cəmiyyət

151

Məcburi köçkünlər: Bizim üçün tikilən evləri satırlar-İDDİA / VİDEO
Erməni işğalı nəticəsində öz yurd yuvalarından zorən qaçqın düşmüş şəxslər daim dövlətin diqqəti və qayğısı altında olublar. Nəzərə alsaq ki, ölkə vətəndaşları içərisində ən həssas qrupda məhz bu insanlardır. Əsasən paytaxtda məskunlaşmış həmin ailələr üçün mərhələlərlə müasir tipli qəsəbələr salınsada, əyalətlərdə vəziyyət o qədərdə ürəkaçan deyil. Bir neçə gün əvvəl Fizuli, Xocavənd və digər rayonlardan olan İmişlidə məskunlaşmış məcburi köçkünlər Conflict.az vasitəsilə ölkə başçısına videomüraciət ünvanlayıblar. Müraciətdə qeyd edilir ki, 1993-cü ildən məskunlşadıqları bina onların normal yaşamaları üçün əlverişli məkan deyil. Binanın qaz,su, işıq və kanalizasiyap problemi var. Məhz bu səbəbdən insanlar müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Hətta bu xəstəliklərdən dünyasını dəyişənlərin belə olduğu müsahibədə qeyd edilir. Dövlət tərəfindən təyin olunan 60 manat vəsaitlə dolanmağın mümkünsüz olduğunu bildirən məcburi köçkünlər ölkə başçısından vəziyyətlərinin yaxşılaşdırılması üçün kömək istəyirlər. Onu da qeyd edirlər ki, bu qədər problem azmış kimi İmişli rayonunda müraciət etdikləri instansiyalarda təhqir olunurlar. Və əlavə olaraq bildirirlər ki, rayon İcra Hakimiyyətinin başçısı məcburi köçkünləri hətta onlayn belə qəbul etmir. Məcburi köçkünlər onu da iddia edirlər ki, onların məskunlaşması üçün dövlət tərəfindən inşa edilən evlər satılır. Hətta bu məsələnin araşdırılması ilə bağlı KİV-ə edilən müraciətlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli şöbəsi mane olur. O cümlədən müxtəlif instansiyalara edilən rəsmi müraciətlərin cavabınıda şikayətçilərdən gizləyirlər. Millət vəkillərini görə bilməyən şikayətçilər çarəsiz durumda olduqlarını bildirirlər. Problemlərinin işıqlandırılması, aidiyyatı dövlət qurumlarına çatdırlması üçün Conflict.az-a müraciət etdiklərini qeyd edən məcburi köçkünlər onu da iddia edirlər ki, bu bölgədə hətta şəhid ailələrinə belə münasibət kifayət qədər pisdir. Müaraciətdə o da qeyd edilir ki, mənzil çatışmadığı üçün hətta iki ailə bir otaqda yaşamağa məcburdur.
Videomüraciəti təqdim edirik.

Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az