Seçkilər azad və ədalətli deyildi

Gündəm / Siyasət / Dünya

45

Seçkilər azad və ədalətli deyildi
ABŞ Aleksandr Lukaşenkonu Belarusun qanuni seçilmiş prezidenti kimi tanımır.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Avqustun 9-da keçirilən seçkilər azad və ədalətli deyildi. Elan olunmuş nəticələr legitimliyi əks etdirmirdi. ABŞ Aleksandr Lukaşenkonu ölkənin qanuni seçilmiş lideri hesab etmir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Aleksandr Lukaşenko Belarusun yeni prezidenti kimi and içib. ABŞ-la yanaşı daha 5 dövlət (Almaniya, Slovakiya, Latviya, Litva və Estoniya) Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edib.

Conflict.az