Müəllim yanlış cavaba görə şagirdi döyərək öldürdü

Gündəm / Kriminal / Dünya

275

Müəllim yanlış cavaba görə şagirdi döyərək öldürdü
Çində riyaziyyat müəllimi on yaşlı şagirdi onun suallarına iki dəfə yanlış cavab verdiyinə görə döyüb.

Bu barədə “The Daily Star” qəzeti yazıb.

Nəşr bildirib ki, müəllim məktəbli qızın başına zərbə endirib və sinfin bütün şagirdləri qarşısında onu dizüstə saxlayıb.

Bundan sonra qız özünü pis hiss edib, o, xəstəxanaya çatdırılıb. Lakin həkimlər məktəblinin həyatını xilas etməyə nail olmayıblar.

Fakt üzrə araşdırmalara başlanılıb.

Conflict.az