Virusun beyinə dağıdıcı fəsadları barədə xəbərdarlıq edildi

Gündəm / Səhiyyə / Dünya

83

Virusun beyinə dağıdıcı fəsadları barədə xəbərdarlıq edildi
Koronavirus insan beyni üçün bir sıra dağıdıcı fəsadlara gətirib çıxara bilər.

Bu barədə Liverpul, Yel universitetlərinin, London Universitet kolleci, İkon Tibb Mərkəzi alimlərinin elmi araşdırmalarına istinadən “Nature” jurnalı bildirib.

Koronavirusa yoluxmuş və nevroloji, psixiatrik ağırlaşmaların olduğu xəstələrin 62 faizində beynin qan təchizatının pozulduğu qeyd edilir. Eyni zamanda, pasiyentlərin 31 faizində zehni qarışıqlıq və uzun müddətli huşsuzluq kimi dəyişikliklər müşahidə olunub.

Conflict.az