Korrupsiya və karantin əleyhinə kütləvi etiraz aksiyası keçirildi

Gündəm / Hadisə / Dünya

68

Korrupsiya və karantin əleyhinə kütləvi etiraz aksiyası keçirildi
Argentinanın paytaxtı Buenos-Ayresdə hökumət əleyhinə kütləvi etiraz aksiyası keçirilib.

“Euronews” xəbər verir ki, minlərlə insan korrupsiyaya, hökumətin daxili siyasətinə və sərt karantin tədbirlərinə etirazlarını bildiriblər.

Qeyd edək ki, Argentinada sentyabrın 20-dək sərt karantin rejimi tətbiq olunub.

Son rəqəmlərə əsasən, Argentinada 565 446 şəxsin COVID-19 yoluxduğu təsdiq edilib.

11 667 xəstə pandemiyanın qurbanı olub.

Conflict.az