Sizin reklam burada
Sizin reklam burada

12,5 milyard dolların taleyi ilə bağlı film çəkiləcək

12,5 milyard dolların taleyi ilə bağlı film çəkiləcək
Britaniyanın “BBC Four” tele-radiokompaniyası Liviyanın müsəlman lideri Müəmmar Qəddafinin ölümündən sonra qeybə çəkilmiş 12,5 milyard dollarlıq vəsaitin taleyi ilə bağlı tammetrajlı sənədli araşdırma filmi çəkəcək.
İsrail mediası xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Prodüser Bruk Leppinqin sözlərinə görə, milyardların izinə iki hollandiyalı jurnalist – Mişa Vessel və Tomas Blom düşəcəklər. Liviya liderinin varidatı üçün casuslar, xüsusi təyinatlılar, siyasətçilər və ölkənin ən yüksək siyasi dairələrinin üzvü olan hər kəs uzun müddət “ov edib”...
"Qəddafinin irsi bir fitnə və şiddət hekayəsidir. Bu film dünyanın əksər hissəsini əhatə edəcək. Filmlərimiz keçmişin sirlərini gerçək faktlara əsaslanaraq açmaqla tanınır. Və bu yeni lent də istisna deyil" -deyə “Zinc Media Group” kompaniyasının direktoru Qrek Sanderson bildirib.
Bəzi məlumatlara görə, Qəddafi milyardları Cənubi Amerika banklarında gizlədib. Ancaq ölümündən sonra həmin varidatın dəqiq taleyi bilinmir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş