Sizin reklam burada
Sizin reklam burada

Bu vəziyyət iki həftə davam edərsə, deməli ölkə artıq “sarı” zonadadır”

Bu vəziyyət iki həftə davam edərsə, deməli ölkə artıq “sarı” zonadadır”
Gürcüstan koronavirus pandemiyasının yayılma göstəricilərinə görə “yaşıl” zonadan “sarı” zonaya aid ölkələr sırasına daxil edilib.

Bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya “Palitranews” televiziya kanalının “Newsrum” verilişində çıxışı zamanı məlumat verib.

Nazir müavini deyib ki, Gürcüstan üçün epidemioloji model hazırlanıb və bu modeldəki cədvəldə əhalinin hər 100 min nəfərindən 10 nəfərinin yoluxma norması əksini tapıb. Ölkələr yoluxma hər 100 min nəfərdən 10-dan 30-dək intervalda dəyişdiyi halda “sarı” zonaya yerləşdirilir.

“Əgər bu vəziyyət iki həftə davam edərsə, deməli ölkə artıq “sarı” zonadadır” – deyə, T,Qabuniya vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş