Sizin reklam burada
Sizin reklam burada

Uşaqlar üçün fərqli koronavirus peyvəndi istehsal olunacaq

Uşaqlar üçün fərqli koronavirus peyvəndi istehsal olunacaq
Rusiyanın koronavirusa qarşı peyvəndi iki kateqoriyada (uşaqlar və böyüklər üçün) təqdim olunacaq.

Bu barədə “RİA Novosti” Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin şöbə müdiri, professor Aleksandr Butenkoya istinadən məlumat yayıb.

“Uşaqlar üçün peyvənd daha az reaktogen olacaq. Uşaqlarda bədən kütləsi böyüklərə nisbətən daha azdır, buna görə də onlarda doza azaldılacaq”, - A.Butenko bildirib.

Mütəxəssis bildirib ki, uşaqların immun sistemi böyüklərdəki qədər inkişaf etmiş olmaya bilər.

Onun sözlərinə görə, uşaqlar üçün peyvəndin istehsalı kütləvi testləşmədən sonra başlanılacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş