Sizin reklam burada
Sizin reklam burada

İran hakimiyyəti beynəlxalq terrorizmə dəstək verir - Kuşner

İran hakimiyyəti beynəlxalq terrorizmə dəstək verir - Kuşner
Birləşmiş Ərəb Əmirliklərinə səfər edən ABŞ prezidentinin kürəkəni və müşaviri Ceyrd Kuşner İran hakimiyyətini beynəlxalq terrorizmə dəstək verməkdə ittiham edib.

O, Donald Tramp administrasiyasının İrana qarşı haqlı olaraq maksimum təzyiq siyasəti yürütdüyünü deyib.

Kuşnerin sözlərinə görə, Tramp hökumətinin əsas prioritetlərindən biri İranın regionda sabitliyi pozan davranışlarına qarşı tədbir görməkdir:

“İran rejiminin bugünkü mövqe və vəziyyətinə baxsanız, onların ayaq basdığı hər yerdə dəhşətli bir mənzərənin şahidi olacaqsınız. Onlar Yəməndə olduqları vaxtda bu ölkənin sabitliyi pozuldu. Onların Suriya və İraqda fəaliyyət göstərməsi də bu iki ölkədə sabitliyinin pozulmasına gətirib çıxardı. Onların Livanda möhkəm dayaqları var. Siz bu gün Livan hökumətinə və xalqına qarşı nələrin baş verdiyini görürsünüz”.

Kuşner qeyd edib ki, İranın regionun sabitliyinə qarşı yönələn təcavüzkar siyasəti nəzərə alınaraq, BMT-nin bu ölkəyə qarşı sanksiyalarının dərhal bərpa olunması vacibdir: “Biz isə var gücümüzlə bunun həyata keçirilməsinə çalışırıq. Güman edirəm ki, İranın daha müasir silahlara yiyələnməsindən sonra dünyada artıq təhlükəsiz bir yer qalmayacaq”.

O, İrandakı dini-siyasi rehimin tamamilə iflasa uğradığını söyləyib:

“Onların xarici valyutaları tükənib, maksimum təzyiq kampaniyası vasitəsilə tətbiq edilən sanksiyalar isə çox effektli olub. Düşünürəm ki, Amerikadakı prezident seçkilərindən sonra İran rəhbərləri hansı yolla olur olsun, bizimlə razılığa gəlmək məcburiyyətində qalacaqlar”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş