Sizin reklam burada
Sizin reklam burada

İmişlidə həkimi kənd klubuna müdir təyin etdilər – Nazim Əzimov iddia edir ki, nazirliyin xəbəri var

İmişlidə həkimi kənd klubuna müdir təyin etdilər – Nazim Əzimov iddia edir ki, nazirliyin xəbəri var
Karnegi deyirdi ki, “Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm”. Əslində vəzifələr insanlara bacarığına görə verilməlidir, istəklərinə görə yox. Bu hal şair Qabilin “Səhv düşəndə yerimiz” şerində deyildiyi kimi “müsibət oluruq biz, səhv düşəndə yerimiz”.
Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda bildirilir ki, rayonun Xəlfəli kənd klubuna ixtisasca terapevt olan Nadir Atakişiyev müdir təyin edilib. Mənbənin bildirdiyinə görə kənd camaatı bu təyinatdan narazılığını Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinin rəhbərliyinə bildirsələrdə, lakin ənənvi olaraq şikayətləri bu dəfə də kimsə dinləməyib. Doğrudanda maraqlı məqamdır. Həkm nəyə görə klub müdiri təyin edilməlidir? Biz iddia etmirik ki, həkimin mədəniyyətlə hər hansı əlaqəsi yoxdur. Həkim teatrada gedə bilər, musiqidə dinləyər. Lakin həkim necə klub müdiri təyin olunur? Hesab edin ki, başınız ağrıyır və ya səhhətinizdə başqa narahatçılığınız var. Belə olan təqdirdə müraciət edirsiniz Respublikanın əməkdar artisti Ədalət Şükürova. Bu qədər paradoksal.
Məsələ ilə əlaqədar Conflict.az-ın regional təmsilçisi Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə baş məsləhətçi Nazim Əzimovla əlaqə saxlayıb.
İmişlidə həkimi kənd klubuna müdir təyin etdilər – Nazim Əzimov iddia edir ki, nazirliyin xəbəri var
Xatırladaq ki, Nazm Əzimov son parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının 79 saylı İmişli seçki dairəsindən rəsmi namizədi olub. Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə baş məsləhətçisi Nazim Əzimov nümayəndəmizə bildirib ki, bu məsələdə qeyri-adi heç nə yoxdur. Həkimin klub müdiri təyin olunmasını nəinki Kürdəmir Regional Mədəniyyət idarəsində, hətta Mədəniyyət nazirliyində belə bilirlər. “Nadir Atakişiyev həkimlərin attestasiyasından keçə bilmədyi üçün bizə müraciət edib və onu Xəlfəli kənd klubuna müdir təyin etmişik.” – deyə bildirən N.Əzimovun məntiqi bu qədər sadədir. Sadə olduğu qədər də absurd. Cənab Əzimova onu da xatırladaq ki, məhz yerində olmayan kadrlara görə DTX bir neçə dövlət qurumları ilə paralel, Mədəniyyət nazirliyində də əməliyyat aparmışdı. Yerində olmayanların təyinatına göz yumanlarda “diqqətdən” kənarda qalmadılar.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş