Sizin reklam burada
Sizin reklam burada

Dərslərin parklarda və muzeylərdə keçirilməsi təklif edildi

Dərslərin parklarda və muzeylərdə keçirilməsi təklif edildi
İspaniyada Barselona şəhər meri Ada Kolau muzeylər, parklar və digər ictimai yerlərlə dərs keçiləcək əraziləri genişləndirməyi təklif edib.

“El Mundo”nun xəbərinə görə, şəhər yeni tədris ilində məktəbləri 74 bələdiyyə obyekti və 159 açıq yer ilə təmin etməyə hazırdır. Bir sinifdə şagird sayının azaldılması ilə əlaqədar olaraq, bu, bütün şagirdləri dərslərin keçirilməsi üçün yerlə təmin edəcək.

Təhsil mütəxəssisləri tərəfindən tərtib olunan siyahıya muzeylər, ictimai mərkəzlər, kitabxanalar, parklar, bağlar və şəhər meydanları daxildir. Barselonada olan 550 məktəbin hamısı onlardan istifadə edə biləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ