Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan torpağından Livan ermənilərinə yardım göndərildi

Azərbaycan torpağından  Livan ermənilərinə yardım göndərildi
Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejim İrəvandan Beyruta yollanan növbəti uçaqla Livan ermənilərinə yardım göndərib.

Bu haqda sosial şəbəkədə qondarma rejimin başçısı Araik Arutyunyan məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl A.Arutyunyan Beyrutdakı 4 avqust partlayışından sonra evsiz qalmış erməni ailələrindən 100-150-ni işğal altındakı Azərbaycan torpaqlarında yerləşdirməyə hazır olduğunu bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş