Müsəlman xanım Serbiya parlamentinə üzv seçildi

Gündəm / Siyasət / Dünya

184

Müsəlman xanım  Serbiya parlamentinə üzv seçildi
Misala Pramenkoviç tarixə Serbiya parlamentinin hicab taxan ilk üzvü kimi daxil olub.

Xarici KİV-in verdiyi xəbərə görə, müsəlman bir qadın, Ədalət və Barış Partiyasının siyahısında üçüncü yerdə parlamentə üzv seçilib.

Partiyaya Serbiyanın keçmiş müftisi Muamer Zukorliç rəhbərlik edir. Misala Pramenkoviç, Qazi İsabəy Mədrəsəsində İslam fənləri tədris edir.

"Deputatlarımızın əvvəlki mandatda başlatdıqlarını davam etdirəcəyik. Ancaq əsasən qadın və uşaqların hüquqları, ailə statusu və ailə dəyərlərini müdafiə edəcəyəm" -deyə hicablı deputat hədəfləri haqqında danışıb.

Siyasətə daxil olmağın müsəlman qadınlara qarşı qərəzli münasibətlə mübarizə aparmaq üçün bir şans olduğunu hesab edən Pramenkoviç deyir:
"Çox vaxt İslamla bağlı xurafat və yanlış stereotiplər cəhalətdən qaynaqlanır..."

Conflict.az