Sizin reklam burada
Sizin reklam burada

Üç nazir koronavirusa görə karantinə göndərildi

Üç nazir koronavirusa görə karantinə göndərildi
İsrailin təhsil və su ehtiyatları naziri Zeev Elkin, icmalarının inkişafı və möhkəmləndirilməsi naziri Orli Levi-Abukasis və dini işlər üzrə naziri Yakov Avitan avqustun 9-na kimi karantinə göndəriliblər.

Bu barədə "Yedioth Ahronoth" qəzeti xəbər verib.

3 nazirin karantinə göndərilməsinə səbəb onların həmkarı Qüds İşləri Naziri Rafi Peresdə koronavirusun aşkar edilməsi olub.

Qeyd edək ki, nazir Peres şənbə günü öz “Twitter” səhifəsində virusa yoluxduğunu bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş