İki ölkədə yeni kütləvi infeksiya yayıldı

Gündəm / Səhiyyə / Dünya

149

İki ölkədə yeni kütləvi infeksiya yayıldı
ABŞ-ın 30-dan çox ştatında kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində təxminən 400 nəfər salmonellyoza yoluxub.

Bu barədə CBS telekanalı bildirib.

ABŞ-ın Səhiyyə Nazirliyi yanında Ərzağın və Dərmanların keyfiyyət məsələləri üzrə idarəsi infeksiyanın mümkün mənbəyi kimi Kaliforniyanın “Thomson International” şirkəti tərəfindən yetişdirilən qırmızı soğanı göstərib.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına görə, hazırda ölkədə salmonellyoza 396 yoluxma qeydə alınıb. Yoluxma ilə bağlı artıq 60 nəfər xəstəxanaya yerləşdirilib, ölüm hadisəsi qeydə alınmayıb. Kanadada telekanalı da ölkədə bağırsaq infeksiyasının yayılması haqqında bildirib. Qeyd edilir ki, bu, ABŞ-la bağlı ola bilər.

Conflict.az