Depardyenin cinayət işi yenilənir

Gündəm / Kriminal / Dünya

841

Depardyenin cinayət işi yenilənir
Paris Prokurorluğu istintaq orqanlarına aktyor Jerar Depardye barəsində təhqiqatı yeniləmək xahişi ilə müraciət edib.

Bu barədə "Euronews" xəbər verir. Qeyd edilir ki, söhbət 2018-ci ilin avqustunda yaşı 30-dan az olan aktrisanın tələbi ilə qaldırılmış cinayət işindən gedir.

Aktrisa iddia edirdi ki, rol oynamaq bacarığını yaxşılaşdırmaqla bağlı 69 yaşlı Depardyedən məsləhətlər alıb. Depardye Fransanın paytaxtındakı şəxsi evində ona qarşı iki dəfə zorakılıq tətbiq edib.

Depardye həmin vaxt ünvanına irəli sürülən ittihamları rədd edib. İş üzrə dinləmələr 2018-ci ilin noyabrında keçirilib. Sonda məhkəmə Depardyeni saxlamaqdan imtina edib, çünki onun təqsirinə dair kifayət qədər sübutları aşkar etmək mümkün olmayıb.

Conflict.az