“Boeing 747”nin istehsalı dayandırılacaq

Gündəm / Dünya

77

“Boeing 747”nin istehsalı dayandırılacaq
Amerika Aviasiya nəhəngi “Boeing” bəyan edib ki, əfsanəvi “donqar” avialaynerini – “Boeing 747”nin istehsalını 2022-ci ildə dayandıracaq.

Bu barədə “Rosbalt.ru” xəbər verib.

“Bazarın mövcud dinamikası və perspektivləri fonunda əfsanəvi 747-nin istehsalını 2022-ci ildə dayandıracağıq”, - korporasiyanın açıqlamasında deyilir.

“Boeing 747”nin ilk uçusu 1969-cu ildə baş tutub, 1970-ci ildən o, istifadəyə verilib. Ümumilikdə 1,5 mindən çox müxtəlif modifikasiyalı təyyarələr istehsal olunub. Bununla yanaşı, İsveçrənin “Credit Suisse” bankının ötən aykı qiymətləndirməsinə görə, “Boeing 747”nin 91%-i hazırda uçmur.

Bu gün, həmçinin məlum olub ki, cari ilin II kvartalının nəticələrinə əsasən, “Boeing Co.”nun xalis zərəri 19% aşağı düşüb.

Conflict.az