“Hakimiyyət azərbaycanlılarla oyun oynaya bilməz”

Gündəm / Siyasət / Dünya

79

“Hakimiyyət azərbaycanlılarla oyun oynaya bilməz”
“İndiki hakimiyyət Gürcüstan azərbaycanlıları ilə oyun oynaya bilməz. Onlar Gürcüstanın vətənpərvərləridir. Azərbaycanlılar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycanın İctimai Televiziyasına müsahibəsində deyib.

O bildirib ki, son iki seçki zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq ölkə azərbaycanlıları müxalifətə səs veriblər:

“Mənim üçün bu, çox əlamətdardır. Bu o deməkdir ki, azərbaycanlılar da gürcülərlə yanaşı özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar”.
M.Saakaşvilinin sözlərinə görə, azərbaycanlılar Gürcüstan hökumətinə daha çox inteqrasiya olunmalıdırlar:

“Çünki onlar da Gürcüstan cəmiyyətinin üzvləridir. Azərbaycanlılar təzyiqə və hədələrə rəğmən parlament seçkilərinə də əsl vətənpərvər kimi baxıb azad seçim etməlidirlər”.

Conflict.az