Sizin reklam burada
Sizin reklam burada

Koronavirusa görə verilən yardımla "Lamborghini" aldı

Koronavirusa görə verilən yardımla "Lamborghini" aldı
Amerikalı gənc pandemiyaya görə dövlətin verdiyi yardımla özünə bahalı idman maşını alıb.

Florida sakini pandemiya dövründə dövlətin zərər görən sahibkarlara yardımı ilə özünə bahalı avtomobil aldıqdan sonra dələduzluqda ittiham edilir.

29 yaşlı Mayami sakini olan gənc 13,5 milyon dollar kredit üçün banka müraciət edib. Araşdırmalardan sonra bank ona 3,5 milyon kredit verməyə razılaşıb. O, aldığı pulla əməkdaşlarının ənək haqqını ödədiyinə dair sənəd təqdim edəcəyi təqdirdə bu pulları geri - banka ödəməyə də bilərdi.

Lakin pul hesabına keçən kimi o vəsaitdən şəxsi maraqları üçün istifadə edib və 2020-ci il istehsalı olan "Lamborghini Huracan" alıb. Maşının qiyməti 318 min dollardır.

Dələduz sahibkarın avtomobili və bank hesabındakı pula həbs qoyulub. İndi onu 30 ilə qədər həbs cəzası gözləyir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş