Lukaşenkonın rəqibi Krımın kimə məxsus olduğunu açıqladı

Gündəm / Siyasət / Dünya

92

Lukaşenkonın rəqibi Krımın kimə məxsus olduğunu açıqladı
Belarusun prezidentliyə namizədi və Aleksandr Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya “Avropa radiosu”na verdiyi müsahibədə Krımın sahibinin kim olduğu sualına cavab verib.

Bu haqda məlumatı Ukrayna mediası yayıb.

“Beynəlxalq qanunlara görə, ölkəmizdə bunun necə qəbul edildiyi barədə danışa bilərəmmi? Qanuni Krım Ukraynanın, faktiki Rusiyanındur”. Tixanovskaya fasilə verdikdən sonra belə deyib.

Qeyd olunur ki, əvvəllər namizəd Krımla bağlı suala birbaşa cavab verməkdən çəkinərək onu “cəmiyyəti parçalamaq” kimi qələmə verib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib.

Xəbər verildiyi kimi, iyulun 25-i və 26-da minlərlə insan Belarusun müxtəlif şəhərlərində Svetlana Tixanovskayaya dəstək mitinqlərində iştirak edib.

Müxalifət namizədi həm özünə və həm də övladlarına qarşı təhdidlər üzündən övladlarını ölkədən çıxarmağa məcbur olub.

Conflict.az