Sizin reklam burada
Sizin reklam burada

321 nəfər koronavirusa yoluxdu, 535 nəfər sağaldı

 321 nəfər koronavirusa yoluxdu, 535 nəfər sağaldı
Azərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş