Daha bir İran generalı öldürüldü

Gündəm / Hadisə / Dünya

228

Daha bir İran generalı öldürüldü
İsrail qırıcıları ötən gündən başlayaraq Suriyanın Dəməşq, Derra və Kuneytra ərazilərinə hava zərbələri endirib.

Yerli qaynaqlar Dəməşqin cənubuna endirilən hava zərbələrinin əsas hədəfi İrana aid olduğu bildirilən milislərin qərargahı olub.

Qeyd edilir ki, hava zərbəsi zamanı qərargahda geniş heyətli toplantı keçirilirmiş. Əsəd rejiminin zabitləri, İran milisləri və Hizbullah komandanlarının olduğu qərargaha hava zərbəsi zamanı çoxlu insanın öldüyü iddia edilir.

Öldürülənlər arasında İran İnqilab Keşikçiləri Korpusunun bir generalı olduğu da deyilir.

Yerli mənbələr vurulan başqa bir nöqtənin isə silah anbarı, hərbi hava limanı olduğunu qeyd edib. Hava zərbəsi zamanı İrana aid hava hücumundan müdafiə sisteminin də sıradan çıxarıldığı qeyd edilib.

Suriyanın rəsmi xəbər agentliyi olan SANA hava zərbələrini təsdiq edib. Bildirib ki, Suriya hava hücumundan müdafiə sistemləri düşmən raketlərinin əksəriyyətini məhv edə bilib.

Conflict.az