Sizin reklam burada
Sizin reklam burada

Tayson köpək balığı ilə döyüşəcək

Tayson köpək balığı ilə döyüşəcək
Boks üzrə keçmiş Dünya Çempionu Mayk Tayson ağ köpək balığı ilə yarışacaq.

Bu barədə Discovery telekanalının “Shark Week” proqramında anons edilib.

Mübarizənin formatı barədə hələlik xəbər verilməyib. Taysonun özü yarışa rinqə qayıtmazdan əvvəl məşq kimi baxdığını deyib.

“Mən bunu 54 yaşında rinqə qayıtma qorxusu ilə müqayisə edirəm. Bu təcrübə mənə göstərdi ki, qarşıma çıxan hər maneəni dəf edə bilərəm”, - deyə idmançı bildirib.
Qeyd edək ki, bundan əvvəl Tayson məşqinin görüntülərini paylaşmışdı. Sosial media istifadəçiləri onun fiziki görünüşünü yüksək qiymətləndirmişdilər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş