Uşaqları satan həkimlər həbs olundular

Gündəm / Kriminal / Dünya

244

Uşaqları satan həkimlər həbs olundular
Rusiya paytaxtında uşaq alverində ittiham olunan dörd mama-ginekoloq həbs edilib.

Bu barədə "360" TV xəbər yayıb.

Söhbət Valentina Çernışeva, Taras Aşitkov, Yuliana İvanova və Liliya Panaiotidən gedir.

Hər şey cari ilin yanvar ayında başlayıb. Rusiyanın Odintsovo şəhərində “Surroqat analar sığınacağı”nda (adi mənzil) bir aylıq körpənin cəsədi tapılmışdı. Onun yanında daha üç körpə var idi. Ancaq onlar sağ olublar. Körpələrin xarici vətəndaşlara satılmalı idilər.

Oxşar hadisə iyun ayında baş vermişdi. Həmin vaxt körpələrin Çinə aparılması planlaşdırılıbmış.

İstintaq həkimlərin uşaqları satdığını düşünür, baş təşkilatçılar isə İvanova və Aşitkovdur, onlar ər-arvaddırlar

Conflict.az