Ölkə koronaya görə 10 min məhkumu azad edir

Gündəm / Dünya

169

Ölkə koronaya görə 10 min məhkumu azad edir
Kaliforniya hakimiyyəti yeni növ koronavirus pandemiyası ilə əlaqədar təqribən 10 minə yaxın məhkumu vaxtından əvvəl azad etmək niyyətindədir.

Bu barədə islah məntəqə və mərkəzlərinin işlərini kurasiya edən ştat idarəsi məlumat yayıb.

Bildirilir ki, bu qərar ağır cinayətlər törədənlərə və martın 1-dən iyulun 5-nə qədərə davam edən iğtişaşlara görə həbs edilənlərə şamil edilməyəcək.

İdarənin hesabatına görə bu kriteriyalara 108 min məhbus uyğun gəlir. Lakin vaxtından əvvəl yalnız onlardan 10 mini buraxılacaq.

Conflict.az