ABŞ İranla bağlı qərar verdi

Gündəm / Siyasət / Dünya

129

ABŞ İranla bağlı qərar verdi
ABŞ məhkəməsi 1996-cı ildə Səudiyyə Ərəbistanının “Khobar Towers” yaşayış kompleksindəki teraktda öldürülən Amerika hərbçilərinin ailələrinə İranın 879 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Bu barədə məlumatı “Eyr Fors Tayms” qəzeti yayıb. Məlumata görə, məhkəmə Tehranın 14 hərbçi və onların 21 ailə üzvünə kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, “Khobar Towers”də baş verən terakt zamanı 19 hərbçi həlak olmuş, 500 nəfər yaralanmışdı.

Conflict.az