"İki ölkə birləşir”

Gündəm / Siyasət / Dünya

135

"İki ölkə birləşir”
“Rusiya və Belarus arasında imzalanmış birlik sazişinin həyata keçirilməsi mövzusu gündəmdədir, müxtəlif səviyyələrdə müzakirə olunur, inteqrasiyanın bütün mərhələləri orada yazılıb”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.

Peskov jurnalistlərin prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko arasında bir il əvvəl iki dövlətin birləşməsiylə əlaqədar keçirilən görüş haqda suala belə cavab verib:

“Müəyyən bir ardıcıllıq var, uzun müddət işlənib hazırlanmış yol xəritələri mövcuddur. Bundan əlavə “Birlik Dövləti” müqaviləsi inteqrasiya hərəkətlərinin bir sıra mərhələ və ardıcıllığını da müəyyən edir. Bu mövzular gündəmdədir və həqiqətən müzakirə olunur”.

Bundan əvvəl, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Rusiya və Belarus prezidentləri arasında il yarım əvvəl Şanxayda keçirilən görüşdə iki ölkənin birləşməsi ilə bağlı anlaşmanın təsdiqləndiyini söyləyib.

Conflict.az