Prezidentdən sərt xəbərdarlıq - 20 milyard dollar qaçırdılar

Gündəm / Dünya

131

Prezidentdən sərt xəbərdarlıq - 20 milyard dollar qaçırdılar
İranlı iş adamları ölkədən 20 milyard dollar qaçırıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Həsən Ruhani danışıb.

Ruhani qazandıqları valyutanı ölkəyə gətirməyən iş adamlarını cəzalandıracağını dilə gətirib: “ABŞ-ın iqtisadi terroruna qarşı apardığımız müharibədə komandan bildiyimiz ixracatçıların bəziləri xaricə mal satdılar, amma qazandıqları 20 milyardı ölkəyə gətirmədilər. Bu şəxslərə cəza verəcəyik”.

İran Prezidenti qeyd edib ki, ölkəsi ildə 41 milyard dollar qeyri-neft məhsulları ixracı potensialına malikdir.

Qeyd edək ki, Ruhani hökuməti son günlərdə İran realının dollar qarşısında sürətlə ucuzlaşması səbəbilə tənqidlərə məruz qalır.

Conflict.az