“Bandotdel” Kənd Təsərrüfatı nazirliyində əməliyyat keçirdi

Gündəm / Kriminal / Video

585

“Bandotdel” Kənd Təsərrüfatı nazirliyində əməliyyat keçirdi
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov əməliyyatla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir:

“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.

Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir.

Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq”.


Conflict.az