"Özbaşınalıqları dünya görsün"

Gündəm / Siyasət / Dünya

153

"Özbaşınalıqları dünya görsün"
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Xabarovsk vilayətinin quberantoru Sergey Furqalanın həbsinə qarşı çıxıb.

Jirinovski partiyanın bütün deputatlarının Furqalanın həbsinə etiraz olaraq öz səlahiyyətlərindən imtina edə biləcəklərini deyib.

“Liberal Demokrat Partiyası fraksiyası səlahiyyətlərini təhvil verib, buradan gedəcək. Qoy bütün dünya ölkədə hansı özbaşınalığın baş verdiyini bilsin”, – deyə o bildirib.

Jirinovski, həmçinin Furqalanın partiyadan qovulmasına da qarşı çıxıb.

Qeyd edək ki, Furqala biznesmen Aleksandr Smolkinin ölümünə görə həbs edilib. Onun bu qətli 2000-ci illərin əvvəllərində törətdiyi vurğulanıb.

Conflict.az